24 Yanvar, 2014
“Apple” şirkətinin geniş ekranlı smartfonları

“Apple” şirkəti 2014-cü ilin ikinci yarısında 2 yeni smartfon təqdim edəcək. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki smartfonun ekranı bundan öncəki modellərdən fərqli olaraq daha böyük olacaq. Smartfonlardan birinin ekran ölçüsü 4.5 düymdən, digərinin isə 5 düymdən artıq olacaq.

Şirkət “əyilən ekran”ı olan smartfonların istehsalı ilə bağlı yayılan şayiələri isə təkzib etdi.

Qeyd edək ki, ötən ilin payızında “Samsung” və “LG” şirkətləri “əyilən ekran”ı olan smartfonlar təqdim etmişdi.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!