23 Yanvar, 2014
“Apple” “qara ölüm ekranı”nı aradan qaldırılacaq

Şirkət şikayətlərə cavab verdi

“Apple” şirkəti verdiyi müsahibədə yeni əməliyyat sistemində “qara ölüm ekranı”nın aradan qaldırılacağını bildirib. iOS 7 əməliyyat sistemi ilə bağlı ilk şikayətlər hələ 2013-cü ildə olmuşdu. Problem müxtəlif vasitələrdə qeydə alınırdı ( iPod , iPad). Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, “Apple” şirkəti problemi yeni iOS 7.1 əməliyyat sistemində aradan qaldıracaq.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!