24 Fevral, 2011
DİN Saatlıdakı aksiya ilə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi fevralın 24-də Sabirabad və Saatlı rayon sakinlərinin keçirdiyi aksiya ilə bağlı rəsmi məlumat verib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin Lent.az-a verdiyi məlumatda bildirilir ki, saat 10:40 radələrində Saatlı və Sabirabad rayonlarının bir qrup sakini Saatlının Yeni Novruzlu kəndi ərazisində qanunsuz aksiyaya cəhd edib: “Həmin kəndin yaxınlığında Araz çayının üzərindəki körpüyə gedən yolda ətraf kəndlərin bir qrup sakini qanunsuz aksiyaya cəhd göstərib. Lakin bu tədbir müvafiq icra strukturları ilə razılaşdırılmadığından polis əməkdaşları qarşısını alıb. 4 nəfər sakin saxlanılaraq polis şöbələrinə aparılıb ki, onlardan ikisi Sabirabad, digər ikisi isə Saatlı rayon sakinidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!