24 Fevral, 2011
Liviya liderinin qızı BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilib

Liviya lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilib.

Simsar.az-nın “İndian Express”ə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki açıqlayıb. 

Qərar Liviya rejiminin müxaliflərin etiraz aksiyalarını amansızcasına yatırmaq cəhdləri il əlaqədardır. Xüsusən nümayişçilərə qarşı Hərbi Hava Qüvvələrindən istifadə olunması dünya ictimaiyyətinin kəskin etirazına səbəb olub.

A. Qəddafi 2004-cü ilin iyulunda BMT-nin xoşməramlı səfiri statusu alıb. O, immun çatışmazlığı virusunun yayılması, eləcə də qadınlara qarşı zorakılıqla mübarizəyə cavabdeh olub. Hüquqşünas olan A. Qəddafi Səddam Hüseyni müdafiə edən vəkillər qrupunun tərkibində fəaliyyət göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!