24 Fevral, 2011
“Qarabağ” siyasi bloku təsis edildi

Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Ümid və Azərbaycan Demokrat partiyaları arasında Qarabağ siyasi blokunun yaradılması haqqında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb.

Simsar.az-ın məlumatına görə, imzalanma mərasimində hər iki partiyaların sədrləri və digər funksionerləri iştirak edib. 

Mərasimdə ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış ediblər. Sonra Azərbaycan Demokrat Partiyası və Ümid Partiyası sədrləri Qarabağ siyasi blokunun yaradılması haqqında Sazişi imzalayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!