24 Fevral, 2011
Fotoqrafların 2 min qazanmaq şansı var

Mədəniyyət və Turizm Nazirliyi “Xocalı soyqırımı” adlı sərgi-müsabiqəsi

Mədəniyyət və Turizm Nazirliyi “Xocalı soyqırımı” adlı sərgi-müsabiqənin açılış mərasimi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, Nazirlik hər il Xocalı faciəsinə həsr olunmuş soyqırımı faktlarını, torpaqlarımızın işğalını, işğal altında qalan ərazilərimizdəki tarixi, dini və mədəniyyət abidələrimizin vandallıqla məhv edildiyini göstərən silsilə tədbirlər həyata keçirir. 

Xocalı faciəsinin on doqquzuncu ildönümünün qeyd edilməsi, Xocalıda baş verən hadisələrin, ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətlərinin təsviri sənət əsərləri vasitəsi ilə əks etdirilməsi Azərbaycan rəssamlarının yaradıcılığında mühüm yer tutur. Bu məqsədlə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən 2011-ci ildə Nazirlik Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsi elan edib. Müsabiqə dörd nominasiya, rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ –tətbiqi sənət, müasir incəsənət üzrə keçirilib.

Qeyd edək ki, Nazirlik tərəfindən birinci yer üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü 1000 manat ayrılıb, 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib.
Tədbir fevralın 25-i, saat 15:00-da Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!