24 Fevral, 2011
NEFTÇİLƏRDƏN ORDUYA İLDƏ 9 MLN 186 MİN MANAT YIĞILIR

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi isə bunun dayandırılmasını tələb edir

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi Dövlət Neft Şirkətində çalışanların maaşlarından Silahlı Qüvvələrin Yardım Fondu üçün faizlərin tutulmasına etiraz olaraq bəyanat yayıb.  

Bəyanatda deyilir: «2010-cu il aprel ayının 12-də ARDNŞ-nin baş ofisinin həmkarlar təşkilatı və ARDNŞ baş ofisinin əmək kollektivi aylıq taarif maaşlarının 2%-nin tutularaq bu fonda köçürülməsi üçün qərar qəbul etdilər(,??).ARDNŞ-ə daxil olan idarə və müəssisələrin işçilərinə isə şifahi izah olundu ki,bu tutumlar müvəqqətidir, yəni iki aylıq. Məqsəd isə Kür çayının daşması nəticəsində ziyan çəkmiş əhaliyə köməkdir. Lakin işçilər aylıq əmək haqqını göstərən sənədi əldə etdikdə 2 faizli tutulmanın səbəbi məlum olmayıb. Lakin sonradan bu müvəqqəti tutulmalar daimi hala çevrildi və artıq bir ilə yaxındır ki,davam edir. Nəzərə alsaq ki, 2010-cu ilin 1 yanvarınadək ARDNŞ-də 71 585 nəfər ştatlı işçi olub. Orta əməkhaqqı şirkət üzrə 2009-da 533,66 manat olub. Bu hesabla 1 aylıq əmək haqqı fondu ARDNŞ- üzrə 38 mln 202 min manat təşkil edir. İl ərzində isə bu rəqəm 458 mln 424,6 min manatdır. Bunun 2 faizi isə 9 mln 186 min manat edir».

Komitə bəyan edir ki, Yardım Fonduna pulların yığılması barədə ARDNŞ-nin idarə və müəssisələrinin rəhbərlərinə məcburi göstəriş verilib: “Neft və Qaz sənayesi İşçilərinin Həmkarlar Təşkilatlarından tələb edirik ki, Azərbaycan Respubdikasının Əmək Məcəlləsinin 309-cu maddəsi əsasında fəaliyyət göstərsinlər”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!