16 Yanvar, 2014
“Apple” alıcılara kompensasiya ödəyəcək

Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, “Apple” şirkətinin ödəyəcəyi “uşaq kompensasiyalarının” ümumi məbləği 32.5 milyon dollar təşkil edir. ABŞ FTK-sı ( Federal Ticarət Komisiyyası) icazəsiz və xəbəriz Apple Store-da alışveriş edən uşaqların valideynlərinə “Apple” şirkətinin ödəyəcəyi məbləği hesablayıb. Şirkətin rəhbəri Tim Kuk bildirib ki, alınan 37 min şikayət ərizəsinin hər biri dəyərləndiriləcək və kompensasiyalar ödəniləcək. 

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!