24 Fevral, 2011
Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılov

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib.

Biz də bu təşəbbüsə qoşulub Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edirik.

Qəhrəmanlar unudulmur!

Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olub. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi bir sıra döyüşlərə başçılıq edib, 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci il fevralın 24-də Xocalıda anadan olub. Xocalı və ətraf ərazilərdə düşmənə qarşı rəşadətlə vuruşub. O, 1992-ci il yanvarın 12-də Daşbaşı yüksəkliyinin müdafiəsində iştirak edib, düşmənə ağır zərbələr vurub və qəhrəmanlıqla həlak olub. Cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!