15 Yanvar, 2014
Sony şirkətindən yeni cihazlar – FOTOLAR

Sony şirkəti yeni musiqili smartfonu təqdim edib. Xperia E1 və Xperia T2 Ultra adlı smartfonların hər ikisi Android əsasında işləyirlər. Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki, smartfon musiqi sevənlər üçün nəzərdə tutulub. Xperia E1-in əsas göstəricisi Walkman düyməsi və güclü dinamikləridir (100 db). Düymə pleyerdən istifadə etmək üçün nəzərdə tutulub. Həmçinin smartfonun 4 düymlük ekranı var. İkinci vasitə, Xperia T2 Ultra isə “smartfon-planşet” sinfinə aiddir. Onun 6 düymlük ekranı var. Çəkisi 174 qr, eni isə 7.6 mm-dir. Vasitələrin yaddaşları 4 və 8 GB Ram olsa da, onlar əlavə yaddaş kartı (mikroSD) qəbul edirlər. Vasitələrin qiymətləri açıqlanmır.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!