24 Fevral, 2011
Arvadını toydan 10 il sonra gördü

Simsar.az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, kor kişi evlənib, 10 il sonra görmə qabiliyyəti bərpa olanda isə arvadını ilk dəfə görüb.

Britaniya vətəndaşı uşaqlıqda gicitkənliyə düşübmüş. Müalicə zamanı isə onda allergiya yaranıb, həmin mərəz ciddi fəsadlar verib və Stiven-Conson sindromunun yaranmasına səbəb olub.
4 həftə ölümün bir addımlığında olan 13 yaşlı oğlan kor olub.

Sonralar o, Birmingemdə korlar üçün məktəbdə və Herefordda korlar üçün kral kollecində oxuyub.
10 il əvvəl evlənən gənc kompüter biznesi qurub və yaxşı pul qazanmağa başlayıb. Məhz həmin pulların hesabına o, görmə qabiliyyətini bərpa etməyə imkan verən xüsusi texnologiyalardan yararlana bilib.
"Sevincimin həddi-hüdudu yox idi. Ən başlıcası isə arvadımı görə bildim", - 37 yaşlı ər deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!