24 Fevral, 2011
Şəhərdən şəhərə oynayıb getdi

Simsar.az xəbər portalı "Norfolk Eastern Daily Press"ə istinadən bildirir ki, Britaniyanın Nortgemptonşir qraflığının sakini, 33 yaşlı Tom Kler Londondan Noricə olan məsafəni rəqs edərək qət etmək qərarına gəlib.

Şəhərlər arasındakı 193 kilometri qət edərək bu axşam Noricin mərkəzinə çatıb.
Pissa daşıyan avtomobilin sürücüsü olan Kler Robin Qud barədə rəvayətin qəhrəmanlarından birinin paltarını geyərək "Morris Dance" adlı rəqsi oynayıb.

O, Londondan fevralın 11-də iki dostu ilə birlikdə çıxıb.

"Məni belə qeyri-adi səyahətə Uilyam Kemp ruhlandırdı. O, 1600-cı ildə Londondan Noricə qədər olan yolu rəqs edərək qət etmişdi", - Kler deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!