23 Fevral, 2011
Azərbaycan prezidenti: “Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında əlamətdar hadisə idi”

“Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında əlamətdar hadisə idi”. APA-nın “AzTV”yə istinadən yaydığı məlumata görə, bu fikirləri prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, son 5 ildə nazirliyin maddi-texniki bazasının möhkəmləndirildiyini, müasir avadanlığın alınaraq ölkəyə gətirilib. Dövlət başçısı nazirliyin əməkdaşlarının xarici ölkələrdə baş verən təbii fəlakət hallarının aradan qaldırılmasında nümunəvi xidmət göstərdiyini diqqətə çatdırıb. Prezident qeyd edib ki, nazirliyin əməkdaşları ölkə daxilində də istənilən hadisənin təbii fəlakətin qarşısının alınması üçün peşəkarlıq göstərirlər. Azərbaycanın inkişaf etdiyini, müasirləşdiyini, ölkə daxilindəki proseslərin müsbət istiqamətdə getdiyini deyən prezident İlham Əliyev Azərbaycanda düşünülmüş sosial-iqtisadi siyasətin aparıldığını bildirib: “Bizim qarşımızda gözəl perspektivlər var və bu sırada Fövqəladə Hallar Nazirliyinin nümunəvi fəaliyyəti diqqət çəkir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!