14 Yanvar, 2014
“Google” “ağıllı termostatlar”a görə 3.2 milyard dollar ödəyəcək – VİDEO

“Google” şirkəti “Nest Labs” şirkətini alması haqqında xəbər yayıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, Nest Labs şirkəti 2011-ci ildən bəri “ağıllı ev” üçün vasitələrin yaradılması ilə məşğul olur. “Nest Labs” şirkəti Toni Fadel tərəfindən yaradılıb. Şirkətin yaratdığı termostat Wi-Fi vasitəsiylə smartfona yaxud kompyuterə qoşulur və idarə olunur. Vasitə ev yiyəsinin qoyduğu temperatur rejimini yadında saxlaya və avtomatik olaraq enerji qənaətini aktivləşdirə bilir. Termostatın qiyməti 249 dollardır. “Google” şirkətinn Nest şirkətini 3.2 milyard dollara alacağına baxmayaraq, şərtlərə görə Nest ayrıca brend kimi özünü qoruyub saxlayacaq.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!