23 Fevral, 2011
Bakı Dövlət Universitetindən 180-ə yaxın tələbə qovulub

2010/2011-ci tədris ili ərzində Bakı Dövlət Universitetindən (BDU) 180-ə yaxın tələbə xaric olunub

Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. Tələbələrin xaric edilməsinə əsasən onların universitet daxili nizam-intizam qaydalarının pozmaları, davamiyyət və s. məsələlər səbəb olub.
Sonuncu qış semestri zamanı daxili nizam-intizam qaydalarının pozulduğuna görə 200-dək tələbənin auditoriyadan çıxarıldığını xatırladan P. İbrahimova həmin tələbələrdən 1-nin də BDU-dan xaric olunduğunu deyib. Buna səbəb isə tələbənin qış imtahan sessiyası zamanı yol verdiyi qayda pozuntusunu təkrarlaması olub.
Qış sessiyası zamanı BDU-nun 16 fakültəsi üzrə 11 862 tələbə imtahan verib. Onlardan 505 nəfər bütün fənlərdən “əla”, 2882 nəfər “əla” və “yaxşı”, 5 596 nəfər isə “müsbət” qiymət alıblar. Qış imtahan sessiyasında 2 mindən çox tələbənin kəsiri olub. Onların arasında bir, iki, hətta üç imtahandan kəsilənlər də var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!