23 Fevral, 2011
Qəddafiyə qarşı çıxan nazir qaçırıldı

Liviya prezidentinin oğlunun köməkçisi də istefa verdi

Fevralın 22-də Müəmmər Qəddafi rejiminin əleyhdarlarına dəstək verdiyini bildirərək istefa verən daxili işlər naziri Abdul Fettah Yunus əl-Abidin bu gün qaçırılıb. Simsar.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, Liviya Dövlət Televiziyası Abdul Fettah Yunus əl-Abidinin Benqazidəki cinayətkar dəstələr tərəfindən qaçırıldığı barədə məlumat yayıb. 

Bu gün Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyfülislamın köməkçilərindən olan Yusuf Savani da bəyanat yayıb və hakimiyyətin nümayişçilərə qarşı zor tətbiq etməsinə etiraz olaraq vəzifəsindən istefa verdiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!