23 Fevral, 2011
CƏZALANDIRILAN KORPUS KOMANDİRİ SƏFƏR ƏBİYEVİN BACISI KÜRƏKƏNİDİR

Çingiz Şəfiyev gənc yaşlarından Müdafiə Nazirliyi hərbi birləşmələrində rəhbər vəzifələrdə çalışıb 

Azərbaycanın hərbi hissələrindən birində bu günlərdə yeddi əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı təhqiqat aparıldıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri general mayor, cəzalanandan sonra polkovnik olan Çingiz Şəfiyev tutduğu vəzifədən azad edilib. 

Simsar.az saytının əməkdaşı araşdırma apararaq öyrənib ki, Əslən Qubadan olan Ç.Şəfiyev müdafiə naziri Səfər Əbiyevin bacısının kürəkənidir.

O, gənc yaşlarından Müdafiə Nazirliyi hərbi birləşmələrində rəhbər vəzifələrdə çalışıb.

Ramin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!