23 Fevral, 2011
İcra nümayəndəliyi yandı

Poçt binasını qorumaq mümkün olub

Fevralın 22-dən 23-nə keçən gecə Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqədirli kəndində (rayon mərkəzindən 45 km aralı) Kənd İcra nümayəndəliyinin yerləşdiyi ümumi sahəsi 136 kvadrat metr olan ikimərtəbəli inzibati bina tamamilə yanıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər həmin tikiliyə bitişik olan poçt binasını yanğından mühafizə edib.

Yanğın saat 23:28-də tamamilə söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!