23 Fevral, 2011
Azərbaycanın Avstriyadakı səfiri vəfat edib

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Vyanada vəfat edib.

APA-nın məlumatına görə, diplomatın vəfatı onun xəstəliyi ilə bağlı olub.

Səfirin cənazəsi dəfn olunmaq üçün Bakıya gətiriləcək. Qeyd edək ki, Fuad İsmayılov həmçinin Azərbaycanın Slovakiyada səfiri, ATƏT yanında daimi nümayəndəliyinin rəhbəri, BMT-nin Vyana bölməsində Azərbaycanın təmsilçisi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!