23 Fevral, 2011
Metro sərnişənləri tunelde qaldı

“Nərimanov” və “Gənclik” stansiyaları arasında texniki problem yaranıb

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. 

Sərnişinlərin Simsar.az-a verdiyi məlumata görə, hər iki istiqamətdə qatarlar 12-15 dəqiqə tuneldə qalıb.

Xəbəri Metropoliten İdarəsindən də təsdiqlədilər. İdarənin baş mühəndisi Elbrus Muradov Lent.az-a açıqlamasında bildirdi ki, metronun “Nərimanov” və “Gənclik” stansiyaları arasında texniki problem yaranıb və həmin istiqamətdə hərəkət edən qatar dayanıb.

E.Muradov həmçinin bildirdi ki, artıq problem aradan qaldırılıb və normal gediş-gəliş təmin olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!