23 Fevral, 2011
ABŞ ərəb ölkələrini islahatlar aparmağa çağırır

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə baş qaldırmış etiraz nümayişlərinə reaksiya olaraq islahatlar aparılmasına çağırır.

Birləşmiş Ştatların BMT-dəki səfiri Süzan Rays NBC-yə müsahibə zamanı deyib ki, islahatlar və dəyişikliklər istəyi keçib-getmir və onlara cavab verilməlidir. O, Liviyada zorakılıqlara son qoylmasının vacibliyini xüsusi vurğulayıb. Səfir Rays deyib ki, işsizlik səviyyəsinin yüksək olduğu və siyasi açıqlıq olmayan ölkələrdə status-kvo vəziyyəti davam edə bilməz. O qeyd edib ki, bu şərait özü-özlüyündə qeyri-sabitlik deməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!