7 Yanvar, 2014
“LG” dən nəbz ölçən qulaqcıqlar

Dünya şöhrətli elektronika şirkəti yeni qulaqcıqlarını təqdim edib. “Heart Rate Earphones” adlı qulaqcıqlar yanvarın 6-da təqdim olunub. Yeni qulaqcıqları köhnəsindən fərqləndirən xüsusiyyəti isə içərisinə nəbz ölçən qurğunun əlavə edilməsi olub.

Nəbz ölçən cihazı optik cihazlar sinfinə aiddir. Qurğu qulaqda qanın vurmasını izləməklə nəbzi ölçür. Bu yenilik “PerformTek” şirkəti tərəfindən yaradılıb.

“LG” şirkəti qulaqcıqlarla yanaşı “LifeBand Touch” adlı fitnes-qolbağı təqdim edib. Qolbağı smartfon və planşetə də qoşula bilir. O, qət edilən məsafəni, atılan addımları və itirilən kaloriləri hesablayır.

Qiymətləri açıqlanmasa da onların 2014-cü ilin ilk yarısında satışa çıxarılacağı deyilir.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!