7 Yanvar, 2014
“Samsung” 110 düymlü televizor istehsal edib

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yanvarın 7-də Los-Ancelesdə fəaliyyət göstərəcək "CES 2014” sərgisində dünyanın ən böyük “4K” formatlı televizorunu nümayiş etdirəcəyini açıqlayıb.

Simsar.az “lenta. ru”ya istinadən xəbər verir ki, yeni televizor modeli 110 düym ekran diaqonalına malik olub əvvəllər nümayiş olunan 85 düym diaqonallı televizor istehsal xəttinin təkmilləşdirilmiş variantı hesab olunur. Şirkətdən televizorun qiyməti barədə məlumat verilmir.

85 düymlü televizorların qiyməti 40 min dollardır.

Yeni televizorun hündürlüyü 1,8 metr, eni 2,6 metr təşkil edir. Bu ölçüyə malik televizorlar əsasən, böyük zallarda, iri şirkətlərdə və s. yerlərdə qurulmaq üçün nəzərdə tutulub.

Aynur Bayramova

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!