23 Fevral, 2011
Türkiyənin ana müxalifət lideri ermənidir?

Türkiyə parlamentində “Dersim ermənisi Yemuş xanımın oğlu çarıqçı Kamal” adlı kitab paylanılıb.

Türkiyənin ana müxalifət partiyası CHP-nin (Cumhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu barəsində yazılmış kitab parlament qrup rəhbərlərinə paylanıb. “Dersim ermənisi Yemuş xanımın oğlu çarıqçı Kamal” adlı kitabın kim tərəfindən paylandığı bilinmir.

Kitabdan xəbəri olduğunu, ancaq oxumadığını deyən ana müxalifət lideri AKP-nin (hakim Ədalət və İnkişaf Partiyası) iyunda keçiriləcək seçkidən qorxduğu üçün bu yola baş vurduğunu deyib.

Kitabda Kılıçdaroğlunun SSK-nın (Sosial Sığortalar Qurumu) direktoru olduğu dövrdə PKK terrorçularını burda işə götürdüyü, habelə quruma aid radiostansiyaları PKK-çılara verdiyi iddia olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!