23 Fevral, 2011
Qəddafi istefa verməyəcəyini bəyan edib

O, tərəfdarlarını küçələrə çağırıb, aksiya iştirakçılarını güc tətbiq etməklə hədələyib.

Liviya rəhbəri Müəmmər Qəddafi xalqa müraciətində bəyan edib ki, o, tərk edə biləcəyi vəzifəni tutmur.

APA-nın xəbərinə görə,bu gün Qəddafi dövlət televiziyası ilə xalqa müraciət edib.

"Müəmmər Qəddafi elə post tutmur ki, onu tərk etsin. O, prezident deyil, o Liviya inqilabının lideridir və bu torpaqda şəhid olacaq" deyib.

Qəddafi həyat yolunu danışıb, Liviya üçün bir çox işlər gördüyünü deyib. O, çıxışında ABŞ-ı ittiham edib və Qərbin ölkəsinin neft ehtiyatlarına göz dikdiyini bildirib.

Qəddafi tərəfdarlarını küçələrə çıxmağa, onu müdafiə etməyə çağırıb.

***
“Liviya hökuməti nümayişçilərə qarşı güc tətbiq etməyib, ancaq zəruri hallarda bunu edəcək”. Bunu Liviya lideri Müəmmər Qəddafi Liviya dövlət televiziyasında çıxışı zamanı bildirib,

"Biz güc tətbiq etməmişik, ancaq Liviya hökuməti hüquq və beynəlxalq normalara uyğun olaraq güc tətbiq edə bilər".

O, ölkədəki tərəfdarlarını küçələrə çıxmağa çağırıb: "Siz Müəmmər Qaddafini sevirsinizsə küçələrə çıxın".

***
Müəmmər Qəddafi Liviya xalqına vəd verib ki, ölkədə sabahdan etibarən yeni həyat başlanacaq. Qəddafi deyib: “Yeni Xalq Sosialist Cəmahiriyyəsi (xalqın hakimiyyətini nəzərdə tutan Liviya dövlətinin rəsmi adının bir hissəsi) sabah başlayır”.

O, özünümüdafiə və Liviya inqilabını qorumaq məqsədi ilə əhalini təhlükəsizlik komitələri yaratmağa çağırıb.

Liviyada fevralın 15-dən bəri baş vermiş iğtişaşlarda 500-dən çox adam həlak olub. Dünya ictimaiyyəti Liviya hökumətini ölkədə zorakılığı dərhal dayandırmağa çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!