23 Fevral, 2011
Əməkdar artist Xalidə Quliyeva İran serialında çəkiləcək

"Fəcr" festivalında İran kinemotoqrafçılarının istehsalı olan rejissor Həsən Nəcəfinin "İtkin pay" bədii filminin təqdimatı olub.

Bu barədə filmdə ana obrazını canlandırmış azərbaycanlı aktirisa, əməkdar artist Xalidə Quliyeva məlumat verib.

Filmdə oğul obrazını isə istedadlı aktyor Qurban Məsimov canlandırıb.

Xalidə Quliyevanın sözlərinə görə, festival fevralın 5-6-da keçililməliymiş. Amma vaxtın dəyişməsi və şəxsi səbəblər aktirisanı "Fəcr"də iştirakdan mərhum edib: "Festival fevralın 5-15 arasında baş tutdu. Mənə orada iştirak etmək üçün İrandan dəvət gəldi. Amma festivalın vaxtının dəyişməsi planlarımı alt-üst etdi. Həyat yoldaşım kinodramaturq Eldəniz Quliyev isə “Fəcr” festivalına qatıldı. Onun festival və film haqqında rəyi müsbətdir".

Aktrisa deyib ki, İran kinemotoqrafçıları ilə bağlı əlaqələri bununla kifayətlənmir. O, sözügedən ölkədə daha bir kinolayihəyə imza atıb: "Bu bir sirdir. Bircə onu deyə bilirəm ki, dəvət aldığım film teleserial olacaq. Tamaşaçılar məni gözəl bir obrazda görəcəklər. Fikrimcə, film hər iki ölkə kinosevərləri tərəfindən sevilərək izləniləcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!