22 Fevral, 2011
Elmar Məmmədyarov Ukrayna və Yunanıstanda səfərdə olacaq

Onun GUAM üzv-dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı da gözlənilir

Xarici işlər naziri Elmar Məmmədyarovun 23-25 fevralı tarixlərində Ukrayna və Yunanıstana rəsmi səfərləri nəzərdə tutulub. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ukrayna səfəri çərçivəsində Elmar Məmmədyarovun ukraynalı həmkarı Konstantin Qrişenko, baş nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir.

Yunanıstana səfəri zamanı Elmar Məmmədyarovun bu ölkənin baş naziri Corc A. Papandreu, Yunanıstan parlamentinin prezidenti Filippos Petsalnikos və xarici işlər naziri Dimitris P. Drutsas ilə görüşləri planlaşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!