22 Fevral, 2011
Rektor: “Qiymətləri azaldan müəllimlərin aqibəti yaxşı olmayacaq”

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov yanvar ayının 6-da başlayan və 31-də başa çatan qış imtahan sessiyasının nəticələrindən narazı qalan tələbələrlə görüşüb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Lent.az bildirilib ki, rektor apellyasiya şikayəti verən tələbələri qəbul edib. Həmin tələbələr “əla” və “yaxşı” qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. Akademik Abel Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətlərinin çox ağır olacağını xüsusi vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!