22 Fevral, 2011
Aşıq Ələsgərin 190 illiyi qeyd olunacaq

Bu il görkəmli saz-söz ustadı, Aşıq Ələsgərin anadan olmasının 190 ili tamam olur.

Azərbaycan Aşıqlar Birliyindən Simsar.az-a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan edib və silsilə tədbirlər həyata keçirməyi planlaşdırıb. Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Lent.az-a açıqlamasında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə keçiriləcək ilk tədbir 2011-ci il martın 11-də Bakıda Heydər Əliyev Sarayında baş tutacaq. Bu tədbir Aşıq Ələsgərin ustadı olmuş böyük sənətkar Aşıq Alıya həsr olunub. 


Xatırladaq ki, bu il həmçinin, Aşıq Alının anadan olmasının 210 ili tamam olur.

Aşıq Ələsgərlə bağlı tədbirlərə ilin sonunda yenə Heydər Əliyev Sarayında yekun vurulacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!