22 Fevral, 2011
Qəzzafi səfirlərini itirdi

Liviyanın BMT, ABŞ, Ərəb Dövlətləri liqası, Avstraliya, İndoneziya, Malayziya, Hindistan və Banqladeşdəki səfirləri istefa veriblər.

Simsar.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, onlar bu addımı atmaqla Liviya prezidenti Müəmmər Qəzzafidən üz döndərdiklərini ortaya qoyublar. Liviyanın ABŞ-dakı səfiri deyib ki, öz xalqını öldürən rejimi dəstəkləyə bilməzlər. Səfirlər Liviyada Müəmmər Qəzzafi rejimin son qoyulması ilə bağlı aksiyaları dəstəkləyib və beynəlxalq birliyi Liviyada baş verən proseslərə müdaxilə etməyə çağırıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!