22 Fevral, 2011
Gömrük Məcəlləsi qəbul olundu

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Gömrük Məcəlləsinin layihəsi müzakirə olunub.

Simsar.Az xəbər portalı ANS telekanalına istinadın xəbər verir ki, layihə barədə məlumat verən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, müzakirəyə çıxarılan layihə 66 fəsil və 366 maddədən ibarətdir. Daha sonra layihə ilə bağlı müzakirələr keçirilib və birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, Gömrük Məcəlləsinin layihəsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzit keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları müəyyən edir, eləcə də şəxslərin gömrük işi sahəsində hüquq və öhdəliklərini nizama salır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!