22 Fevral, 2011
Bakı-Rusiya sərhədi avtomobil yolu pullu olacaq

Bu il Bakı-Rusiya sərhədi beton avtomobil yolunun çəkilişi davam edəcək

«APA-ECONOMICS»in məlumatına görə, bunu «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib. 

C.Qurbanovun sözlərinə görə, bu il yolun 59 kilometrlik hissəsi çəkiləcək. C.Qurbanov bildirib ki, bu yol pullu olacaq: «Biz bu yol boyunca yerli əhəmiyyətli iki yol da çəkmək istəyirik. Çünki bu yolu pullu etmək niyyətindəyik».

Qeyd edək ki, Bakı-Rusiya sərhədi avtomobil yolu Azərbaycanda ilk pullu yol olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!