27 Dekabr, 2013
Bakının bayram ətirli küçələrindən – FOTOREPORTAJ

At ilində Qar qız Şaxta babanı tək qoydu

Yaxşı və pis günləri ilə köhnə ili geridə qoymağımıza və at ilini qarşılamağımıza sayılı günlər qalıb. Yeni il qabağı şəhərimizdəki abu-havanı çəkib sizlərlə bölüşmək üçün fotokameramı götürüb düşdüm şəhərin yollarına…

Və obyektivimi yeni ili həvəslə qarşılayan Bakı küçələrinə tuşlayıram. Paytaxtımız bayram əhval-ruhiyyəsindədir. Küçələr, parklar, mağazalar, restoranlar “Yeni il” aksessuarları ilə bəzədilib. Mağazalarda artıq bayram endirimi kompaniyaları başlayıb. Ancaq diqqətimi ən çox cəlb edən şey “qarlı dağlar” aşıb şəhərimizə gələn Şaxta babamız oldu. Yeni gələn ilin “At ili” olmasına və atın murad olmasına baxmayaraq Şaxta baba muradına çata bilməmişdi. Bəli, bu il Şaxta babamız Qar qızsız qalmışdı. Bunun səbəbini babadan soruşanda Qar qızın hələlik “qarlı dağlar”ı aşa bilmədiyini və sabah gələcəyini dedi.

Qar qızın tezliklə gələcəyinə ümid edərək, heç bir problemi nəzərə almayaraq yeni ilə hazırlaşan doğma şəhərimizin bayram abu-havalı fotoşəkillərini sizlərə təqdim edirəm.

Nurana Novruz

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!