26 Dekabr, 2013
Qazaxıstan maliyyə piramidlərini qadağan etdi

Qazaxıstan Senatı maliyyə piramidləri ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Simsar.az İnterfaks-a istinadən xəbər verir ki, qanuna əsasən həmin piramidaların yaradılması qanunsuzdur. Qanunu pozanlar 7 il müddətinə həbs olunacaqlar. Həmçinin maliyyə piramidalarının reklamı da qadağandır.

Xatırladaq ki, əvvəl maliyyə piramidalarının yaradıcıları dələduzluqda ittiham olunurdularsa, indi bu cür fırıldaq üçün ayrıca cinayət məcəlləsi var. 2010-2013-cü illər ərzində Qazaxıstanda maliyyə piramidalarıyla bağlı ən azı 60 iş açılıb. Zərərçəkənlərin sayı 4 min olmuşdu. Ümumi zərər 5 milyon dollar təşkil edirdi.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!