22 Fevral, 2011
İnternet 33 yaşlı kişini necə öldürdü?

Pekində 33 yaşlı kişi internet kafedə dünyasını dəyişib.

Simsar.Az xəbər portalının «Korrespondent»ə istinadən verdiyi məlumata görə, o, təxminən 1 aydır internet kafeni tərk etmirmiş. Son 27 günü demək olar ki, fasiləsiz olaraq kompyuter qarşısında keçirən şəxs bu dövrdə tez hazırlanan əriştə şorbası ilə qidalanırmış.
«O, hətta Yeni il bayramını (Pekində bu bayram fevralın 3-8-i aralığında keçirilir – red.) da internet kafedə keçirmişdi», - deyə məlumatda bildirilir.
Ölümün səbəbi açıqlanmır.

Son məlumata görə, Çində internet istifadəçilərinin sayı 475 milyon nəfərdən artıqdır. Ölkənin gənc internet istifadəçilərinin 14%-dən çoxunun (33 milyon nəfərdən artıq) internet asılılığından əziyyət çəkdiyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!