22 Fevral, 2011
“SƏFƏR ƏBİYEVİN AĞLININ ÇOX OLDUĞUNA İNANMIRAM”

Gülər Əhmədova, Fazil Mustafa, İqabal Ağazadə və Qüdrət Həsənquliyev Müdafiə Nazirliyini sərt tənqid etdilər

Müdafiə Nazirliyinin hərbi hissələrindən birində bazar günü baş berən və 7 hərbçinin həyatına son qoyan hadisə parlamentdə ciddi müzakirəyə səbəb olub. Deputatlar faciəli olay barədə mövqelərini açıqlayaraq, Müdafiə Nazirliyi rəhbərliyini sərt tənqid ediblər. 
Simsar.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən növbəti iclasında millət vəkili Gülər Əhmədova nazir Səfər Əbiyevin çox ağıllı olduğuna inanmadığını deyib: “Əgər o qabiliyyətli rəhbər olsaydı, orduda yeniliklər edər, xüsusən də, hərbçilər arasındakı psixoloji durumun yaxşılaşdırmasına çalışardı.“Orduda baş verənlərdə günahkar olan və səlahiyyəti ilə bacarmayan şəxslər xalqın qarşısına çıxmalı və üzr istəməlidir”.
Deputat Fazil Mustafa da həmkarına dəstək verib: “Əgər cəzasızlıq atmosferi olduğu kimi qalarsa, belə hallar yenə də davam edəcək”.
Müdafiə Nazirliyinin fəaliyyəti barədə depuatatlardan İqbal Ağazadə və Qüdrət Həsənqulyev də tənqidlər səsləndirib. İ.Ağazadə baş verənlərlə bağlı hesabat vermək müdafiə nazirinin illi Məclisə dəvət edilməsinin vacib olduğunu vurğulayıb: “15 mart tarixində parlamentdə hökumətin hesabatı dinləniləcək. Həmin gün Müdafiə Nazirliyinin nümayəndələri millət vəkilləri qarşısında çıxış etsinlər”.
Qüdrət Həsənquliyev isə bu problemin təhlükəsizlik və müdafiə məsələləri üzrə parlament komissiyasında müzakirəyə çıxarılmasını təklif edib.
Aylin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!