22 Fevral, 2011
100-ə yaxın hərbçini güllələtdirdi

Liviyanın Benqazi şəhərində etiraz aksiyası iştirakçılarına atəş açmaqdan imtina edən hərbçilər güllələnib.

Simsar.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Benqazidəki hərbi baza yaxınlığında bir yerdə basdırılmış 100 hərbçinin cəsədi aşkarlanıb. 

Qeyd edək ki, hərbçilər dünən nümayişçilərə atəş açmaqdan imtina ediblər və onların bir hissəsinin xalqın tərəfə keçməsi barədə də xəbər yayılıb. Bu hərbi bazaya havadan zərbə endirilib. Liviya lideri Müəmmər Qəzzafinin oğlu Əl-İslam bunu inkar etsə də, dünən axşam saatlarında Maltaya Liviyanın iki qırıcı təyyarəsi enib. Pilotlar bu ölkədən siyasi sığınacaq istəyiblər. Pilotlar bildiriblər ki, onlara nümayişçilərə raketlə zərbə endirmək tapşırılıb və əmri yerinə yetirməkdən imtina edərək qaçıblar. Liviyada bu pilotları tribunal gözləyir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!