22 Fevral, 2011
Mehdi Kərrubinin oğlu həbs edildi

Əli Kərrubi xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur

İranda prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin oğlu təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İranın “bultannews” saytının məlumatına görə, Əli Kərrubi Fars körfəzi ətrafında yerləşən ərəb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. Həbsin təfərrüatı barədə məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!