22 Fevral, 2011
Piter Semnebinin Azərbaycana son səfəri

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi fevralın 25-də gələcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu il fevralın 25-də Azərbaycana gələcək.

APA-nın xəbərinə görə, bu, P.Semnebinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi statusunda Azərbaycana sonuncu səfəri olacaq.

P.Semnebi Bakıda prezident İlham Əliyev başda olmaqla bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, hazırda Gürcüstanda səfərdə olan P.Semnebinin xüsusi nümayəndə kimi səlahiyyət müddəti fevralın 28-də bitir. Onun səlahiyyət müddətinin artırılacağı, yoxsa yeni vəzifəyə təyin olunacağı məsələsi hələlik Brüsseldə həll olunmayıb.

Qeyd edək ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisi 2006-cı ildə Aİ Şurası ilə birgə qəbul olunmuş qərar əsasında yaradılıb. 2010-cu ilin yayında Aİ-nin Xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton bəyan edib ki, Aİ Moldova, Cənubi Qafqaz və Yaxın Şərq üzrə xüsusi nümayəndələr vəzifələrini ləğv etmək niyyətindədir. Hazırda Aİ-nin dünyanın müxtəlif bölgələri üzrə 11 xüsusi nümayəndəsi var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!