22 Fevral, 2011
Somalidə məşhur futbolçunu partlatdılar

Terrorçu-kamikadze Somalinin ən yaxşı futbolçularından olan Abdi Salan Məhəmməd Əlini məşqdən qayıtdığı vaxt partladıb.

Simsar.az-ın məlumatına görə, daha iki oyunçu yaralanıb. 

Şahidlər bildiriblər ki, futbolçuların səhərlər məşq etdiyi Somali Polis Akademiyasına aparan şossedə iki partlayış törədilib. Futbolçular şosse ilə hərəkət etdikləri vaxt terrorçu-kamikadzelər özlərini partladıblar.

Daha öncə Somalidəki islamçı “Əl-Şabaab” qruplaşmasının futbola qadağa qoyduğu açıqlanmışdı. Qruplaşma qadağanı bu oyunun xristian mədəniyyətindən gəlməsi və gəncləri pozması ilə əlaqələndirib. Bu olayadək 2010-cu il dünya çempionatı vaxtı ölkədə futbol azarkeşləri öldürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!