22 Fevral, 2011
Keçmiş erməni döyüşçü: «İnqilablar Ermənistana da çatacaq»

Yaxın Şərq ölkələrində bir-birini əvəzləyən inqilablar Ermənistana da çatacaq.

Simsar.az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, bunu «Sardarapat» təşəbbüs qrupunun üzvü, Qarabağın işğalında iştirak etmiş Jirayr Sefilyan bildirib.

«Bu gün diktatorların bir-birinin ardınca devrildiyini görürük. Ermənistanda da təlatümlərin olması qaçılmazdır. Ən kiçik məsələdən bu prosesin başlaması mümkündür», - deyə o, qeyd edib.

Sefilyan Ermənistanda soosial problemlərlə əlaqədar inqilabın başlanmasını mümkün sayır: «Amma insan haqlarının durumu, Qarabağ problemi, vətəndaşların ləyaqətinin təhqir olunması, iqtisadi problemlər də hadisələrin bu cür axarla getməsinə səbəb ola bilər».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!