22 Fevral, 2011
Arxivlər elektronlaşdırılır

Milli Arxiv İdarəsi vahid informasiya bazasının yaradılması məqsədi ilə arxivlərin elektronlaşması işini davam etdirir. Burada fotosənədlərin elektronlaşmasına bir neçə il əvvəl başlanılmışdır.

İdarədən bildirmişlər ki, hazırda kağız üzərində olan sənədlərin elektron daşıyıcılarına köçürülməsinə start verilmişdir. Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən 350 minə yaxın fotosənəddən 90 minə qədəri artıq elektron daşıyıcılarına köçürülmüşdür. Kağız əsaslı sənədlər üzərində elektronlaşmanın aparılması üçün xaricdən lazımi avadanlıq sifariş verilmişdir.

Qeyd edək ki, ötən il dövlət arxivləri vətəndaşlar, idarə və təşkilatlar tərəfindən daxil olan 30 mindən artıq sorğunu icra etmişlər. Arxiv idarələrində istifadəçilər üçün oxu zalları da fəaliyyət göstərir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!