22 Fevral, 2011
Yeni Zelandiyada dağıdıcı zəlzələ

Çoxlu sayda ölənlər var.

Bu gecə Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ olub.

Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin ikinci böyük şəhəri olan Kraystçerç şəhərində dağıntı və insan tələfatı olub.

Zəlzələ nəticəsində bu şəhərin mərkəzində yerləşən kilsə çöküb, dağıntılar altında insanlar qalıb. Polis də çoxlu sayda ölənlərin olduğunu bildirsə də, rəqəm açıqlamayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!