22 Fevral, 2011
Qəzzafi Liviya televiziyasında görünüb

Liviya lideri Müəmmər Qəzzafi dövlət televiziyasında görünüb və ölkədən çıxmadığını bildirib.

«Mən şayiələrdə olduğu kimi Venesuelada yox, Tripolidəyəm», deyə Qəzzafi bəyan edib.

Liviya lideri bəyanatı öz evinin həyətindən verib. O kiçik avtomobildə olub və əlində də ağ çətir tutub. Qəzzafi başqa bəyanat verməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!