21 Dekabr, 2013
“Google” qışa hazırlıq görür

Bu gün şimal yarımkürəsində qış gündönümü olacaq. Dekabrın 21-dən 22-nə keçən gecə başlayan qış gündönümü zamanı gecələr uzanır gündüzlər qısalır. Şimal qütbünə yaxın olan bəzi ərazilərdə qar yağmağa başlayır. 
Qış gündönümü xalq dili ilə desək, həm də çillələrin başlanması deməkdir. Məhz bu təqvimə görə, qış fəsli 3 hissəyə:böyük çillə, kiçik çillə və boz aya bölünür. Dekabrın 21-dən yanvarın 30-dək davam edən böyük çillə, yanvarın 31-də kiçik çillə ilə əvəz olunur. Elə qışın ən sərt dövrü də kiçik çilləyə təsadüf edir. Bir qədər ərköyün olan kiçik çillə fevralın 19-u başa çatır. Bu dövrdən başlayaraq Novruz bayramına, daha dəqiq desək martın 20-ə qədər isə boz ay davam edir. Boz ayda təbiət canlanmağa, torpaq oyanmağa başlayır.
Qışda yatan bir çox heyvanlar - ayılar, kirpilər, porsuqlar yuxularından ayılırlar. Digər heyvanlar uzun qışa özlərinə məxsus olan tərzdə uyğunlaşırlar: dovşan və dələlər xəzlərini qarın üzərində daha az seçiləninə, canavar və tülkü isə daha isti və xovlusuna dəyişirlər.
Simsar.az xəbər verir ki, “Google” da bu gün öz dudlunu qış gündönümünə həsr edib. Dünyanın ən varlı şirkəti hesab edilən “Google” öz adını qışın rəmzi olan əlcək toxunması prosesi şəklində təqdim edir.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!