22 Fevral, 2011
Dünya liderləri Liviyada zorakılıqları kəskin tənqid edir

Dünya ölkələrinin liderləri Liviyada iğtişaşlara dinc yolla son qoymağa çağırır.

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Ərəb Liqasının katibi Amr Musa Liviyada zorakılılıqlara son qoymağa çağıraraq deyib ki, etirazçıların tələbləri legitimdir. Avropa İttifaqının rəsmiləri Liviyanı demokratiya yolunu tutmağa çağırıb. İttifaq rəsmiləri Liviyada Avropa vətəndaşlarının təhlükəsizliyindən narahatdır.

Britaniyanın Baş naziri Deyvid Kamerun Liviyanın mərkəzi hökumətinin etirazçılara qarşı repressiyalarını qəbuledilməz adlandırıb. ABŞ nümayişçilərə qarşı ifrat güc tətbiq ediməsinə etirazını Liviyanın Xarici İşlər naziri Musa Kusaya çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!