22 Fevral, 2011
Şok! Məscidin həyətinə donuz başları basdırdılar

Afrikalı müsəlmanlar qəzəbləniblər.

Simsar.az xəbər portalı "Islamophobia-Watch"a istinadən bildirir ki, Cənubi Afrika Respublikasındakı “Mpumalanqa“ məscidinə səhər namazına gələn müsəlmanlar şoka düşüblər. Onlar məscidin həyətinə iki donuz başının basdırıldığını görüblər.

Emalaleni şəhərindəki məscid mərkəzdə yerləşir.
"Vitbank" müsəlman icmasının katibi Faruq Arbanın dediyinə görə, onlar məscidin belə təhqir edilməsindən hiddətləniblər.

"Allah evinə bu cür heyvani sayğısızlıq barbarlıqdır. Belə barbarlıq müxtəlif dinlərdən olan insanların qarşılıqlı anlaşma və sayğı durumunda yaşadığı ölkəmizdə baş verməməlidir", - Arba deyib.

Onun dediyinə görə, donuz başlarının basdırıldığı yerdə taxtanın üzərinə "Bütün dünya insanları İspaniydaan ibrət götürməlidir!" yazılmışdı. Xatırladaq ki, İspaniyanın Sevilya şəhərində məscid tikintisinə mane olmaq istəyən radikallar inşaat yerinə donuz başı basdırmışdılar. Yerli müsəlman icma da murdarlanmış məkandan vaz keçərək məscidi başqa yerdə inşa etməyə başlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!