22 Fevral, 2011
Mehdi Kərrubinin evinə bomba atıblar

İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubinin evinə hücum olub.

Məlumata görə, hakimiyyət tərəfdarı olan 30 nəfərə yaxın şəxs fevralın 20-dən 21-nə keçən gecə Mehdi Kərrubinin evi qarşısında toplaşaraq onun əleyhinə, İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər.

Mehdi Kərrubinin mənzili gecə-gündüz ETTELAAT-ın mülki geyimli əməkdaşlarının nəzarətində saxlansa da, dəstə üzvləri tam sərbəst şəkildə əvvəlcə şüşələri qırıb, sonra isə evə bir neçə səsli bomba atıblar. Qonşular və məhəllə əhalisi küçəyə çıxaraq dəstəyə etiraz bildirib.

Hücumçu dəstə adından oxunan qətnamədə bildirilir ki, Mehdi Kərrubinin və xanımının başını kəsib şəhərdəki dirəklərə taxmaq üçün səbirsizliklə ölkə rəhbəri Əli Xamneyinin göstərişini gözləyirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!