21 Fevral, 2011
Benqazi şəhəri üsyançıların əlinə keçib

Liviyanın Tripoli beynəlxalq aeroportu Müəmmər Qəddafi rejiminin əleyhdarları tərəfindən ələ keçirilib.

Bu barədə İTAR-TASS CNN Turk telekanalına istinadən məlumat verib.

Telekanalın efirində qeyd edildiyinə görə, Tripoliyə Türkiyə vətəndaşlarının təxliyyəsi üçün gedən Türkiyənin sərnişin təyyarəsi paytaxt aeroportunda eniş edə bilməyib. Etirazçılar binaya bütünlüklə nəzarət edirlər. Eyni zamanda, BBC News-un bloqunda verilən məlumata görə, insanları evakuasiya edən təyyarələr əvvəlki kimi aeroportdan qalxa bilirlər.

Polis qüvvələri Liviyanın şərqindəki Benqazi şəhərində etirazçıların tərəfinə keçib. "Şəhər üsyançıların nəzarəti altındadır", - bazar ertəsi RİA Novosti Qətərin "əl-Cəzirə" peyk telekanalına istinadən məlumat verib.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası və islahatların aparılması ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Xalq üsyanları ərzində Benqazidə təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 300-dək insan həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!