19 Dekabr, 2013
Universal adapter standartı təsdiq olundu

Simsar.az xəbər verir ki, Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) bu həftə müxtəlif noutbuk modelləri ilə uyğunluq təşkil edəcək universal adapter qurğusu standartını təsdiq edib. Müxtəlif istehsalçılara məxsus interfeyslər bir-birinə uyğun gəlmir və buna görə enerji toplayan adapterlər itiriləndə və ya sıradan çıxanda qurğular onlarla birlikdə istifadəyə yararsız olur.

Nəticədə dünyanın zibilxanalarında yarım milyona yaxın belə qurğu toplanıb qalır. Komissiya ümid edir ki, vahid standartın tətbiqi elektron tullantıların sayını xeyli azaltmağa kömək edəcək.

“IEC”-nin saytında dərc edilən 62700 adlı sənaye spesifikasiyasında adapterin bütün xüsusiyyətləri, o cümlədən ətraf mühitə təsiri, çıxışları, təhlükəsizliyi və s. nəzərə alınır. Qurğunun bir neçə il əvvəl “microUSB” interfeysli mobil telefonlar üçün qəbul edilən vahid adapter standartı kimi sürətlə yayılacağı gözlənilir.

Universal enerji toplayan adapterlərin istehsalına artıq 2014-cü ilin birinci yarısında başlanması nəzərdə tutulur.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!